Yuxarı

Gömrükdə 24 min siqaret tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə 24 min siqaret tutuldu - Foto

İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə sərnişin avtobusunda tütün məmulatının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz" markalı sərnişin avtobusu yoxlanılıb. Yoxlamadan əvvəl sürücü şifahi sorğu-sual edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sual verilib. Vətəndaş öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.

Lakin sözügedən sərnişin avtobusunda yoxlama zamanı avtobusun yataq yerinin sağ divarında olan havalandırma sisteminin arxasındakı boşluqda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 24 min ədəd "MM" adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.04.05 / 18:05
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla