Yuxarı

Ölkədə körpə ölümlərinin sayı niyə artdı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda körpələr arasında ölüm hallarının sayı artıb. Ötən ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölən körpələrin 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

Pediatr Günya Rəsulovanın sözlərinə görə, 1 yaşadək uşaqların tənəffüs və mədə-bağırsaq sistemi həddindən artıq xəstəliyə meyillidir. Orqanizmin müqaviməti aşağı olduğuna görə ölüm səbəbləri arasında bu iki sistemin xəstəlikləri üstünlük təşkil edir. Özü də təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

Pediatr deyib ki, 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan, 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib. Uşaq həyatının ilkin, perinatal dövrü var, həmin vaxt orqanda sistemlər lazımi olan səviyyədə işləyə bilmir, ən əsası xəstəliyə çox həssas və meyilli olurlar.Pediatrın sözlərinə görə, ilk növbədə analar, həkimlər, tibb işçiləri hamiləliyin düzgün aparılmasına diqqət etməlidirlər. Valideynlər müayinədən keçirməyə çəkinməməlidir. Genetik problemlərin vaxtında aşkarlanması, müayinəsi və müalicəsi ən mühüm məsələrdən biridir. Gigiyenik qaydalar, düzgün qidalanma hər şeydən öndə gəlməli, riayət olunmalıdır.

Axar.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tarix
2024.09.06 / 00:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri

Paşinyan erməni xalqından üzr istədi - Səbəb

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

Əminə Ərdoğan da Bakıya gəlir

Bakıya düşmən olan Okampo İrəvanda II Qareginlə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

İlham Əliyev Formula-1 prezidenti ilə görüşdü

Pezeşkian Rusiyaya gedir – Təsdiqləndi

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla