Yuxarı

Bacısıyla dalaşdı, öz ağzını tikdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısıyla dalaşdı, öz ağzını tikdi - Video

Bu gün ANS-in qaynar xəttinə zəng edən şəxs polisə etiraz olaraq ağzını tikdiyini deyib.

Deyilən ünvana gedəndə həqiqətən də 3 uşaq atası, 37 yaşlı Azad Loğmanov ağzını sapla tikdiyi müşahidə edilib. Səbəb isə bacısının onu döyməsilə bağlı polisin araşdırmasına narazılığıdır. Belə ki, Azad Loğmanov 2007-ci ildən öz sevdiyi ilə ailə qurduğuna görə ailəsi onunla dava-dalaşa başlayıb.

Bu xanım Loğmanovun ikinci həyat yoldaşı olub. Ailəsilə razılaşa bilməyən qəhrəman əvvəlcə xanımı ilə kirayədə yaşamağa başlayıb. Amma sonradan ata evində haqqının olduğunu düşünüb, öz evinə qayıdıb. Lakin bu illər ərzində dəfələrlə evdə bacısı ilə mübahisələri onunu kirayəyə çıxmasına və yenidən evə qayıtması ilə nəticələnib. Nəhayət, bu dava-dalaşlara ötən il məhkəmə nöqtə qoyub. Şəki Şəhər Məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qərara əsasən, evin bir otağı və aynəbəndi Azad Loğmanova verilib.

Amma bundan sonra da dava-dalaş səngiməyib. Və sonucda mübahisə zamanı ailənin qızı Şamama xanım qardaşının başını yarıb. İş yenə də polisə düşüb. Zərər çəkənin dediyinə görə, hətta işin gedişatı zamanı bunlardan rüşvət də istənilib.

Bütün bu baş verənlər Azadın əsəbiləşməsinə və etiraz olaraq ağzını tikməsinə səbəb olub. İndi 2 gündür ki, Azad Loğmanov bax beləcə, ağzı bağlıdır. Nə yeyir, nə də içir.

Şəki Rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Azad Loğmanov dediklərində tamamilə haqsızdır. Ondan heç bir pul tələb olunmayıb. Əslində, əvvəlcə o, bacısına xəsarət yetirib və 500 manat dəyərində cərimə olunub. Onun bu təşəbbüsünün səbəbi də yəqin ki, elə cəriməni ödəməkdən yayınmaqdır.

Tarix
2014.02.14 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla