Yuxarı

Heydər Əliyev Fondu Vatikanda məşhur kilsəni bərpa edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

Vatikana səfər çərçivəsində eyni zamanda Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.

Ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.

Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.

Tarix
2024.09.12 / 09:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi

NATO-Turan dəhlizi: İran hərbi ssenariyə "əl atacaq"?

Bakı dəhlizi Rusiyanın “cibinə atdı”, gözləyir – Köçəryan

Bayramov Nurtleu ilə regional məsələləri müzakirə etdi

XİN Koulmanın açıqlamasını şiddətlə pislədi

Mətin Gürak azərbaycanlı generalla görüşdü

Azərbaycanın bu ölkələrdə səfirləri fəaliyyətə başladı

Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı həmlə

Paşinyan bu müharibədən milyardlar qazanır

Kanadalı nazir müavini Xankəndi və Şuşada - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla