Yuxarı

İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən kiber-hücum: peycerlər partladıldı - 11 ölü, 4 min yaralı

18:39

İranın Livandakı səfiri Müctəba Amani şəxsi rabitə qurğusunun partlaması nəticəsində yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, səfir peycerdən istifadə edib.

Amaninin vəziyyəti ilə bağlı təfərrüat verilməyib.

Daha əvvəl Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənubunda rabitə cihazlarının partlaması nəticəsində onlarla yaralının xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.

Rabitə cihazlarının İsrailin kiberhücum həyata keçirməsi nəticəsində partladığı bildirilir.

***

Rabitə cihazlarının partladılması nəticəsində yaralananların sayı azı 1,5 minə çatıb.

Bu barədə “Skay Nyus Arabia” məlumat yayıb.

Partlayışlar nəticəsində 5 nəfər ölüb.

***

Livanda peycerlərin partlaması nəticəsində 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb.

Bu barədə Livanın Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaralılardan 200-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub, bir çox Livan məmurunun övladları yaralanıb.

***

Firas Abyad partlayışlar nəticəsində 4 min nəfərin yaralandığını, 11 nəfərin isə öldüyünü bildirib.

Tarix
2024.09.17 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla