Yuxarı

Avtobus sürücüsü məhkəmə zalında həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobus sürücüsü məhkəmə zalında həbs olundu

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan 187 saylı marşrutun sürücüsü Orxan Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı araşdırması başa çatıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm elan edilib.

Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək Orxan Səfərovun 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Məhkəmə heyəti qısa müşavirədən sonra hökmü elan edərək Orxan Səfərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini qərara alıb. O, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı sakini Elnur Novruzovun idarə etdiyi "Opel Astra" markalı avtomobil ilə Orxan Səfərovun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində E.Novruzov və sərnişin Gülü Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü O.Səfərov isə xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2024.09.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla