Yuxarı

DYP yeni dərs il ilə bağlı sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, müraciətdə yeni tədris ili başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görüldüyü, şəxsi heyətin gücləndirilmiş iş rejimində çalışdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, lakin yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.

“Təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı, təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, xüsusilə övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.

Tarix
2024.09.15 / 10:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanlı nobelçinin həyatı təhlükədədir

Onun Azərbaycana qarşı açıqlamaları hörmətsizlikdir!

Bayramov ABŞ rəsmisi ilə görüşdü: sülh danışıqları...

İranın Moskvadakı səfiri Xovayevlə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla