Yuxarı

Aydın Əliyev: "İslahatlar aparılır"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Əliyev: "İslahatlar aparılır"

Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

"Son bir ildən artıq müddət ərzində dünyada baş verən maliyyə-iqtisadi böhran qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Mövcud şəraitdə milli valyutanın devalvasiyası idxal mallarının qiymətinə müəyyən qədər öz təsirini göstərib. Lakin, dünyada davam edən arzuolunmaz iqtisadi proseslərə, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır", - deyə komitə sədri bildirib.

Komitə sədri istehlakçıların tələbatının idxalı əvəzləyəcək yerli məhsullar hesabına tam ödənilməsinə və qeyri-neft məhsullarının ixracının təşviqinin stimullaşdırılmasına hesablanan və dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarda qeyd olunan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

"Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir", - deyə o bildirib.

Tarix
2016.04.10 / 00:51
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla