Yuxarı

İlham Əliyev Xankəndidə uşaq bağçasının açılışında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.

Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.

Tarix
2024.09.19 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ölkədə Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycanda bu şəhərlərin günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İlham Əliyev Şuşada...

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

Konqresdə Azərbaycana hörmətsizlik - XİN-dən cavab

Prezident Xankəndidə məktəbin açılışında

Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşdü

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla