Yuxarı

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Dövlət Komitəsi məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur:

"Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq komitənin səlahiyyətində deyil”.

Qeyd edək ki, Bakı və Bakıətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.

Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.

Tarix
2024.09.20 / 11:36
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla