Yuxarı

Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin inzibati binasında Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Axar.az agentliyə istinadən xəbər verir ki, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.

Tarix
2024.09.20 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan ABŞ səfirliyinin iddialarına cavab

Ordumuzun reytinqdə bir pillə geriləməyinə səbəb nədir?

ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı

Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili

Bakının iki əsas tələbinə İrəvan razılıq verdi - Abramyan

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla