Yuxarı

Xətaidəki yataqxana sökülür, ailələrə 45 min verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidəki yataqxana sökülür, ailələrə 45 min verilir

Bu gün Nazirlər Kabineti martın 28-də 3 və 4-cü mərtəbələri arasında arakəsmənin uçduğu Xətai rayonu, Cavanşir küçəsində 10 saylı, o cümlədən 14 saylı yataqxana binaları ilə bağlı sərəncam verib.

Bu barədə APA-ya Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov bildirib.

Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan bu iki yataqxana binası söküləcək, həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait veriləcək.

Z. Əkbərov həmin vəsaitin Xətai rayon İcra Hakimiyyətinin xətti ilə sakinlərə çatdırılacağını bildirib. Yataqxanaların sakinləri ilə də bü gün toplantı keçirilib və sakinlərə müvafiq sənədləri toplamaq lazım olduğu bildirilib.

Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub.

Tarix
2016.04.14 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla