Yuxarı

Siqaret çəkən qadın kimdir - əxlaqsız, yoxsa… - Psixoloq rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqaret çəkən qadın kimdir - əxlaqsız, yoxsa… - Psixoloq rəyi

Məşhur rus filosofu Nikolay Berdyayev yazırdı ki, siqaret çəkən qadını öpmək külqabını öpmək kimidir. Doğurdan da siqaretlə qadın zərifliyi nə qədər bir araya sığır?

Azərbaycanda son dönəm qadınlar arasında siqaret çəkmək halları çoxalıb. Bəs görəsən toplumun buna münasibəti necədir? Niyə siqaret çəkən qadınlarımıza münasibıt birmənalı olaraq pisdir?

Zənn edirlər ki, siqaret çəkməklə müasir olurlar

"Axar.az"a danışan psixoloq Nurlanə İsmayılova bildirdi ki, əslində, bizdə keçmişdə də bəzən yaşlı qadınlar siqaret çəkidilər. Sön dövrlər siqaret çəkməyin qadınlar arasında yayılmasına gəlincə, psixoloq qeyd etdi ki, bunun müxtəlif səbəbləri var:

"Əsas səbəblərdən biri qadınların müasirliyə can atmasıdır. Qadınlar zənn edirlər ki, siqaret çəkməklə müasir olur və daha mədəni, inkişaf etmiş görünürlər. Digər səbəblərdən biri də qadınların cəmiyyətdə özünü təsdiq etmək istəməsi və ətrafdakıların da onların fikrinə hörmət göstərməsinə nail olmaqdır".

Kim siqaret çəkir, özünə ziyan edir

"Təmiz dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalova bu mövzuya munasibət bildirərkən vurğuladı ki, siqaret çəkmək insanların şəxsi iradəsindən aslıdır, eləcə də qadınların:

"Umumiyyətlə, siqaret insan sağlamlığına, qadınların təravətinin solmasına səbəb olur. Cəmiyyətimizdə siqaret çəkən qadınlara hardasa bir əxlaqsız hərəkət edən şəxs kimi baxırlar. Elə qadınlar var ki, normal həyat tərzi keçirir, cəmiyyət üçün faydalı işlər görür, lakin siqaret çəkir. Ancaq kişilər də var ki, siqaret çəkmir, içki içmir, dələduzluq, ikiüzlülük, yaltaqlıq edir. İnsana qiymət verərkən onun siqaret çəkib-çəkmədiyi əsas götürülməməlidir".

Tarix
2014.02.14 / 23:51
Müəllif
Lalə Novruzlu
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla