Yuxarı

MM sədri Tacikistan prezidenti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman ilə görüşüblər.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

İmaməli Rəhman, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.

Tarix
2024.10.10 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Gəncədə törətdiyi 4 terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

Bakıda Pre-COP29 başladı

İrəvan hazır idi, Bakı bütün oyunu pozdu - Ağacanyan

İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

Əhməd sağalsa, həbs olunacaq? - Dəqiq izah

Əhmədin məhkəməsində şok ifadələr

Əliyev onlardan danışdı, Paşinyan susdu - Şarmazanov

Əhməd Əhmədov ömürlük aldı, azad edilməyib - Təcili

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla