Yuxarı

COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.

Axar.az xəbər verir ki, cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib. Qeyd edək ki, beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir.

COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Tarix
2024.10.21 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

Azərbaycandan xaricə aviareyslərin qiymətləri açıqlandı

MM-də Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu...

Prezident Moldova ilə bağlı bu sazişi təsdiqlədi

Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla