Yuxarı

Sabah qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, səhər Abşeron yarımadasının ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tarix
2024.11.16 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Bakıya gəlmədi – Amuli təşəkkür etdi

Rus sərhədçilər çəkilir, İrəvan əsgər axtarır

Əliyev hər şeyi hesablayıb, İrəvan qərar gözləyir - Tarasov

Planetin hər 11-ci sakini aclıqdan əziyyət çəkir - Ekson

Bu xoşagəlməz hallara baxmayaraq, COP29... - Qafarova

Füzulidə bunun üçün ərazi müəyyən edildi - Qərar

COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Məhmədtahir Zakirzadə Azərbaycanda səfərdədir

Tənzilə Narbayeva Azərbaycana gəldi

Abxaziyada baş verənləri Tiflis təşkil edir? - Şok ssenari

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla