Ana səhifə Toplum |
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 2 milyon 209,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Axar.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, gələnlərin 28,5%-i Rusiya, 16,2%-i Türkiyə, 9,1%-i Hindistan, 8,0%-i İran, 4,1%-i Gürcüstan, 4%-i Səudiyyə Ərəbistanı, 3,3%-i Qazaxıstan, 3-%i Pakistan, hər birindən 1,7% olmaqla Çin və Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Türkmənistan və İsrail, hər birindən 1% olmaqla Oman və Belarus, 11,7%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8%-ini kişilər, 33,2%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49%, İordaniyadan - 40%, Polşadan - 35,5%, İrandan - 33,2%, İtaliyadan - 32,4%, Türkmənistandan - 30,2%, Səudiyyə Ərəbistanından - 27%, Yəməndən - 26,2%, Niderlanddan - 21,7%, Almaniyadan - 21,3%, ABŞ-dan - 20,7%, Misirdən - 20%, Özbəkistandan - 19,5%, Rusiyadan - 19%, Ukraynadan - 17%, Tacikistandan - 16,7%, Türkiyədən - 15,8%, Fransadan - 14,6%, Küveytdən - 12,1%, Böyük Britaniyadan - 11,4%, Moldovadan - 10,6% artıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8% artaraq 94 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3% artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9% artaraq 837,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1%-i hava, 22,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Tarix
2024.11.19 / 15:52
|
Müəllif
Axar.az
|