Yuxarı

Bakıda elektrobus enerjisi bitdiyi üçün yolda qalıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda elektrobus enerjisi bitdiyi üçün yolda qalıb? - Rəsmi

Sosial şəbəkələrdə elektrik mühərrikli avtobusda texniki problem yaranması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, sərnişinlər avtobusun enerji ehtiyatı qurtardığını iddia ediblər.

Elektrik mühərrikli avtobuslara nəzarət edən “Bakı Bus” şirkətindən məsələ ilə bağlı Modern.az-a bildirilib ki, 28.11.2024-cü il tarixində, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, “Bakı Bus” MMC-nin “Marşrutların idarəetmə mərkəzinə” sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib:

“Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik. Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir”.

Tarix
2024.11.29 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla