Yuxarı

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na start verilib. Layihənin məqsədi yüksək bal toplayaraq ali məktəblərə daxil olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır.

Proqrama Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində əyani təhsil alan, Azərbaycan Respublikasının vətəndaşı olan I kurs tələbələri müraciət edə bilərlər. Bununla yanaşı namizədlərdən ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq, dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək (könüllü, sosial fəaliyyət və s.) tələb olunur. Eyni zamanda proqramda aşağıdakı sosial kriteriyalardan birinə uyğun olan tələbələrin müraciətləri dəyərləndiriləcək.

- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

- Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər;

- Hər iki valideyni (və ya tək valideyni) əlil, işsiz, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslər;

Proqramın seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Hər 3 mərhələni uğurla tamamlayan 23 tələbə 2024-2025-ci təhsil ili ərzində aylıq 200 AZN məbləğində təqaüd almaq imkanı əldə edəcək.

Proqrama müraciət etmək üçün: https://t.ly/ROLxb

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Tarix
2024.11.29 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla