Yuxarı

DTX-dən əməliyyat: ekstremist qruplaşma ifşa edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib.

Bu barədə Axar.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov, 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradov, 1998-ci il təvəllüdlü Kamran Kamil oğlu Babayev və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.

Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuş, həmçinin digər şəxslər istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.

Tarix
2024.12.16 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: MQ münaqişənin simvoludur, onu saxlamaq olmaz!

Ermənistan blokadadan çıxır - Paşinyan

Naxçıvana yol maneəsiz olacaq - Bəyannamə

İlham Əliyev müsahibə verdi - Video

ABŞ və Ermənistan arasında bu sənədlər imzalandı

Trampdan Əliyevə: 22 ildir prezidentsinizsə, deməli… - Video

Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi

Ağ Evdə tarixi Azərbaycan-Ermənistan sammiti... - XİN

Bu, imkan vermədi ki, sülh sazişi imzalansın - Əliyev

Paşinyandan paylaşım: Cənubi Qafqazda sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla