Yuxarı

Yeni təcili yardım maşınları gətirilir: 13,7 milyon ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni təcili yardım maşınları gətirilir: 13,7 milyon ayrıldı

Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Qeyd olunub ki, ölkəyə gətiriləcək 30 ədəd təcili tibbi yardım nəqliyyat vasitələri şərtlər toplusuna uyğun olaraq müasir tibbi avadanlıqla təchiz olunmalıdır. Onlardan 10 ədədində ürək masaj cihazı da olacaq.

Bundan başqa, sözügedən nəqliyyat vasitələrindən 5 ədədi xüsusi yolsuzluq ərazi üçün (4x4), 2 ədədi qutu tipli (boks tipli reanimobil), “Medical Dron”lu, daha 2 ədədi portativ diaqnostik cihazlarla təchiz olunmuş, 3 ədədi isə perinatal küvəzlə təchiz olunmalıdır.

Məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti Publik Hüquqi Şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Xidmət sözügedən işlərinn icrasını “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 13.789.620,03 AZN (13 milyon 789 min 620 manat 3 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Abşeron Avtomobil Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 90.09 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Nazim oğludur.

Tarix
2024.12.16 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla