Yuxarı

Prokuror müavininin işinə xitam verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş prokuror tərəfindən Azərbaycan Prokurorluğunun veteranları və təqaüdə çıxmış prokurorluq işçisi təltif edilib.

Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş prokurorluğun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.

Tədbirdə baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

Həmçinin baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Tarix
2024.12.18 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla