Yuxarı

Yaralıların vəziyyəti açıqlandı: Bakıya göndərmək üçün..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaralıların vəziyyəti açıqlandı: Bakıya göndərmək üçün..

Hazırda Mangistau vilayətinin xəstəxanasında 6 xəstə müalicə alır, onlardan 4-ü reanimasiya, 2-si isə travmatologiya şöbəsindədir.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Səhiyyə Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti ilə bağlı məlumatında bildirib.

“Müşahidələrə əsasən, xəstələrin vəziyyətində pisləşmə qeydə alınmayıb. Bir xəstə vazopressor dəstəyindən çıxarılıb, digər zərərçəkənin tonik dozası isə 3-dən 1-ə endirilib”, - məlumatda deyilir.

Qeyd olunub ki, Azərbaycandan iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərin konsiliumunun keçirilməsi və onların daşınmaya hazır olub-olmamasının qiymətləndirilməsi planlaşdırılır.

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.28 / 16:13
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla