Yuxarı

Kapital Bank bu pulları hesabınızdan çıxacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank bu pulları hesabınızdan çıxacaq

Kapital Bank BakıKart QR ödənişləri ilə bağlı yaranmış problemə aydınlıq gətirib.

Bankdan Axar.az-a bildirilib ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər.

"Bunun üçün Birbank mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır. Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin BakıKart QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.

Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.

Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər", - məlumatda qeyd olunub.

Tarix
2025.01.08 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Ermənistanda saxlanılan əsgərimizin həbsi istənildi

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla