Yuxarı

Müraciət etmişəm, yəqin qapısını döyüblər - Nəzrinin atası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müraciət etmişəm, yəqin qapısını döyüblər - Nəzrinin atası

Qızımın ölümündə həkim günahkardır, prokurorluğa müraciət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında burun əməliyyatından sonra komaya düşüb ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.

O bildirib ki, Nəzrin Mansurova 1995-ci ildə anadan olub. Özü və həyat yoldaşı ADA Universitetinin məzunudur. Nəzrin Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. Ailəlidir, üç yaşlı bir qızı var.

Aydın Abışzadənin sözlərinə görə, yoldaşıyla Laçının Sus kəndində yaşayır. Qızı Nəzrin Mansurova isə ailəsiylə birlikdə Bakıda yaşayıb işləyirmiş:

"Noyabrda ailəsiylə kəndə gələndə bizə burun əməliyyatı olmaq istədiyini, artıq həkimlə razılaşdığını demişdi, amma mən əməliyyata ehtiyac olmadığını dedim. Onu fikrindən döndərmişdik. Dekabrda həkim özü ona yazıb və əməliyyat üçün qeydiyyatdan keçdiyini, analizlər verdiyi halda niyə gəlmədiyini soruşub. Qızımı yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindən 35 gün keçib, ona görə həkim yenidən analiz götürüb əməliyyat etməliydi, amma bunu etmədən birbaşa əməliyyat eləyib. Əməliyyat öncəsi KATE də etməyib".

O xatırladıb ki, Nəzrinin əməliyyatı yanvarın 3-də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən həyata keçirilib:

"Əməliyyatla bağlı yoldaşım Bakıya gəldi, qızım əməliyyat olan gün o, nəvəsinə baxırdı. Əməliyyatdan bir gün sonra qızımın halı pisləşib. Təcili yardım çağırılıb, ona diklofenak iynəsi vurulub. Əməliyyatı edən həkimlə danışılıb və ona qızımın xəstəxanaya yerləşdirilməsinin vacibliyi deyilib. Amma həkim deyib ki, onu tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Gecə səhərə kimi qızım baş-beyin ağrısından çox əziyyət çəkib. Ayın 5-i axşama doğru halı tamam pisləşib, hissiyyatını itirib və xəstəxanaya yerləşdirilib. Ora çatanda beyin şoku keçirib. Bir də deyirəm: Qızımın ölümündə həkim günahkardır".

Qeyd edək ki, Nəzrin Mansurova yanvarın 5-də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Tarix
2025.01.13 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla