Yuxarı

Şəmkirdə dəhşət: Ailə başçısı traktor altında qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Rayonun Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Şiştəpə kənd sakini 1958-ci il təvəllüdlü Zakir Qərib oğlu İbadullayev ailəsi ilə birgə Qasımalılar kəndi yaxınlığına istirahətə gedib. Özü ilə 1 litr spirtli içki aparan kişi onu həyat yoldaşı və 3 qızının yanında təkbaşına içib. Bir müddət istirahət edən ailə üzvləri kəndə qayıtmaq qərarına gəliblər.

İçkili olan Zakir İbadullayev ailə üzvlərinə onları istirahətə gətirdiyi traktorunu işə salmağa getdiyini deyib. Traktoru işə salmaq üçün onun təkərlərindən itələməyə başlayıb. Elə bu vaxt ayağı sürüşən kişi traktorun qoşqusunun təkərləri altına düşüb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.05.10 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla