Yuxarı

Məhkəmə icraçılarına yeni hüquq verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Kollegiyası "Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi"ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Əsasnaməyə əsasən Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları ( icra qurumu) Azərbaycanda məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.

Dəyişiklik icra qurumunun öz vəzifələrini həyata keçirmək malik olduğu hüquqlarla bağlıdır. İndiyə qədər icra qurumunun məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat vermək hüququ olub. Dəyişikliyə əsasən isə bundan sonra icra qurumunun həm də məhkəmə əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat vermək hüququ olacaq.

Tarix
2016.05.10 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla