Yuxarı

Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - Video

Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Valideynlərdən biri ümumi şikayəti bu cür izah edib:

"Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul etdilər, məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər".

Dermatoloq Zakir Abıyev bildirib ki, dərmanların yenilənməsi onların pis olması demək deyil:

"Söhbət sürtmə dərmanlardan gedir. Mən belə şeyi ilk dəfədir, eşidirəm. Dermatologiyada dərmanların müxtəlifliyinə görə Azərbaycan kifayət qədər yuxarı pillələrdədir. Moskvada tapmadığım dərmanlar ölkəmizdə var. Dərmanların yenilənməsi o demək deyil ki, onlar pisdir. Yeni dərmanların təsir mexanizmi yazılmalıdır. Nəyə, necə təsir edir, bunu bilmək lazımdır. Sakit, adekvat dəri əlamətlərinə görə təyin etmək olar. Dəriyə sürtülən dərmana görə niyə uşaq dünyasını dəyişsin? Bir-iki dəfə istifadə edəndən sonra dərmanın təsiri görünür. Daxilə qəbul edilən dərman olsa, haradasa anlayaram".

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:

"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".

Tarix
2025.01.14 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü...

Gürcüstan məcburi köçkünlər üçün yaşayış məntəqələri salır

İlham Əliyevdə bir xüsusiyyət var ki... - Vuçiç

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü - Foto

Qarabağda quruculuq işlərinə töhfə verməyə hazırıq

Mirziyayev İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Video

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident

Üztanıma ilə ödəniş necə işləyir?

Zülfüqarovun erməniyə cavabı: Sərhəd hansı xəritə ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla