Yuxarı

Rauf Arifoğlu "Mersedes"ə görə Prokurorluğa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu "Mersedes"ə görə Prokurorluğa çağırıldı

"Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Başı Şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə Baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağrıldığını da deyib.

Aydın olur ki, Baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün "Musavat.com" saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallenvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

"Musavat.com" bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi.

İndi qeyd edək ki, həmin başının dövlət nömrə nişanı 90 DD 065-dir. Əgər prokurorluq və ya hansısa dövlət qurumu maşınının sürücüsünün kimliyini tapmaq istəyirsə, bu informasiyalardan çıxış edə bilər. Yox, əgər təkzib vermək istəyirlərsə, bunu da edə bilərlər, avtomobilin əslində kimə məxsus olduğunu bildirərək düzəlş vermək kifayətdir.

Bu mövzuda açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".

Tarix
2014.02.18 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla