Yuxarı

20 Yanvar faciəsi şahidindən dəhşətli etiraf - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar faciəsi şahidindən dəhşətli etiraf - Video

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə... Dinc əhali ağır texnika, müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirildi.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilərək, misli görünməyən vəhşilik nümayiş etdirdi.

Bu qanlı hadisə Azərbaycan tarixində həm də şanlı bir səhifə açdı.

Axar.az xəbər verir ki, 35 il əvvəl yaşanan o faciədə düşmən gülləsini hələ də ayağında gəzdirən Salman Əhədli yaşananları belə xatırlayır:

"Bütün mehmanxanalar sovet əsgərləri ilə dolmuşdu. Alt mərtəbənin bütün pərdələri ani olaraq qırıldı. İçəridən təqribən minə yaxın şəxs əsgər formasında çölə çıxdı. Nə baş verdiyini başa düşmürdük. Biz onlarla sinə-sinəyə gəldik. Qadın, ya kişi fərq etmədən qol-qola girmişdik ki, onlara keçməyə icazə verməyək. Daha sonra silaha əl atdılar. Sağ tərəfimdəki adamın alnına güllə dəyəndən sonra hər şey aydın oldu. Şok keçirdik ki, sovet qoşunu öz xalqını belə gülləbaran edərmi?! Bir az keçəndən sonra yoldan atılmış patronları yığmağa başladıq. O qədər patron var idi ki, yerimək mümkün deyildi. Həmin anda elə bil ürəyimə dammışdı ki, məni güllələyəcəklər. Yolun ortasında sağ ayağımdan güllə yarası aldım. O güllə indi də mənim ayağımdadır".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Tarix
2025.01.20 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla