Yuxarı

İmişli qəzası: Bir neçə yerdə də qığılcım olsa... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişli qəzası: Bir neçə yerdə də qığılcım olsa... - Deputat

İmişlidə baş verən hadisələrlə bağlı dərs çıxarmalıyıq.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bunu İmişlinin deputatı Razi Nurullayev İnsan hüquqları komitəsinin iclasında deyib.

O bildirib ki, cəmiyyətdəki bəzi qüvvələr, ekstermistlər qığılcım axtarışındadır:

"İnsan hüquqları komitəsi olaraq haqqı tapdalananlar sonda bizim üstümüzə gələcəklər. Bizim komitə hüquq-mühafizə orqanları ilə çox yaxşı işləyir. Bundan dərs çıxarmalıylıq. Deməli, qığılcım ola bilər. Bir neçə yerdə də qığılcım olsa, Azərbaycanı necə təsəvvür etmək olar? Hamı elə bilir k, dəyişiklik olsa, cibində 100 minlərlə gəzəcək”.

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 məktəbli hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mersedes Benz 190” markalı, 30 BH 904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2025.01.23 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla