Yuxarı

Qarabağda tikinti aparan qurumda nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası "Cәbrayıl, Qubadlı vә Zәngilan rayonlarında Bәrpa, Tikinti vә İdarәetmә Xidmәti” publik hüquqi şәxsә dövlәt büdcәsindәn ayrılan vәsaitlәrin vә dövlәt әmlakının istifadәsi vә idarә edilmәsinә dair audit keçirib.

Axar.az xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Qeyd edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrinin 146942,89 manat artmasına sәbәb olub.

Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137258.71 manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.

Nәqliyyat xidmәtlәrinin satınalıması üzrә müqavilә öhdәliyindәn artıq xidmәtlәrin göstәrilmәsi vә dәyәrinin ödәnilmәsi müqavilә şәrtlәrinә riayәt edilmәmәklә yanaşı, dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin dә pozulmasına sәbәb olmuşdur. Xidmәti istifadә mәqsәdi ilә "3 әdәd müvәqqәti yaşayış şәhәrciklәrinin tikintisi vә quraşdırılması" üçün keçirilmiş satınalma üzrә ehtimal olunan qiymәtin qanunvericiliklә müәyyәn edilmiş qaydada müәyyәnlәşdirilmәdәn 2 lot üzrә tenderә çıxarılması prosesindә eyniadlı avadanlığın dәyәrinin hәr iki satınalmanın iş hәcmlәrinә daxil edilmәsi vә müvafiq müqavilәlәrin bağlanılması dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı, tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırılması ilә nәticәlәnib.

Bildirilib ki, kәnar dövlәt maliyyә nәzarәti obyektindә aparılan audit üzrә Rәy formalaşdırmaq mәqsәdilә әldә edilmiş audit sübutları qiymәtlәndirilәrkәn Xidmәt tәrәfindәn Hesablama Palatasına tәqdim olunmuş 14.08.2024-cü il tarixli mәktub ilә bildirilәn qeyd, irad vә rәyinә әlavә olunan sәnәdlәr vә mәlumatlar tәhlil edilәrәk nәzәrә alınmışdır.

“Aparılmış auditә әsasәn biz müәyyәn etdik ki, auditi aparılan Xidmәt tәrәfindәn dövlәt vәsaitlәrinin vә dövlәt әmlakının istifadәsi vә idarә olunması vәziyyәtinin audit meyarları ilә müqayisәsindә hesabatın nәticәlәr hissәsindә qeyd edilәn uyğunsuzluqlar istisna olmaqla (qeyd olunan uyğunsuzluqlar yayılan deyildir) digәr audit predmetlәri bütün әhәmiyyәtli aspektlәr baxımından tәtbiq edilәn meyarlara uyğundur” - deyə Hesablama Palatasından bildirilib.

Tarix
2025.01.24 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla