Yuxarı

Azərbaycanda məscidə silahla gedən şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Xaçmaz şəhər sakini 1994-cü il təvəllüdlü F.Vəliyevin (şərti soyadlı) barəsindəki cinayət işi üzrə hökm oxunub.

Rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə təqsirli bilib. İstintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan şəxsə 2 il yarım həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. Xaçmaz şəhər sakini olan F.Vəliyev hadisə vaxtı evində olan ov tüfəngini “Hunday İ30” markalı avtomobilinə qoyaraq həmin kəndin məscidinə gedib. O, məscidə daxil olaraq oradakı şəxsləri və imamı hədləyib, səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Lakin hadisə vaxtı F.Vəliyev atəş açmayıb.

Tarix
2025.01.27 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla