Yuxarı

XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi

Azərbaycanın Yunanıstandakı səfirliyində birinci katib vəzifəsində çalışan Rəhman Şahhüseynlinin guya səfir və ikinci katib tərəfindən fiziki təzyiqə məruz qalması və Bakıya göndərilməsi xəbərini təkzib edən Xarici İşlər Nazirliyi maraqlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, R.Şahhüseynlinin bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri üzə çıxıb: “Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib”.

XİN həmçinin xatırladıb ki, R.Şahhüseynli XİN-in Mərkəzi Aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verib, bunun nəticəsində o, 2021-ci ilin noyabr ayında töhmət alıb.

Maraqlıdır, XİN-in Mərkəzi Aparatında çalışdığı müddətdə qeyri-normal fəaliyyətinə görə töhmət alan şəxs niyə Yunanıstan kimi bir ölkədəki səfirliyimizə birinci katib vəzifəsinə göndərilir?

Axar.az-ın bu sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, mərkəzdə və səfirlikdə çalışmaq diplomatik xidmətin bir qaydasıdır.

“Töhmət almaq əməkdaşın səfirlikdə çalışmasına və diplomatik fəaliyyətinə mane olmur”, - cavabda vurğulanıb.

XİN-dən qeyd edilib ki, Rəhman Şahhüseynli XİN-in Mərkəzi Aparatında işlədiyi dövrdə bəzi xətalara yol verdiyi üçün ona töhmət verilməsinə baxmayaraq, sonradan səfirlikdə birinci katib kimi təyin edilməsində heç bir pozuntu yoxdur.

Tarix
2025.01.29 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla