Yuxarı

Sumqayıtda açılış mərasimi: Gənclər Paytaxtı - 2025...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda açılış mərasimi: Gənclər Paytaxtı - 2025...

Gənclər və İdman Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kimyaçı Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən büstü önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səsləndirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin özlərini hər sahədə doğrultduqlarını söyləyib. Sumqayıtın günü-gündən inkişaf etdiyini, abadlaşdığını qeyd edən Z.Fərəcovun sözlərinə görə, bu şəhərin tərəqqisi Ümummilli Lider Heydər Əliyevin danılmaz səylərinin və bu şəhərə göstərdiyi böyük dəstəyinin nəticəsidir. O, Sumqayıt sakinlərinin idman sahəsində də uğurlu nəticələr əldə etdiklərini və bunun davamlı olacağına inandığını diqqətə çatdırıb və gənclərə yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtının rəmzi açarını icra başçısına təqdim edib. Nazir Ulu Öndərin gənclərə böyük qayğı və diqqət göstərdiyini, gənclərin Azərbaycanın dünyada tanınmasında böyük rol oynadığını bildirib. Azərbaycanda 400-ə yaxın gənclər təşkilatının olduğunu vurğulayan Fərid Qayıbov ölkənin gələcəyinin onların əlində olduğunu deyib. O, Sumqayıtda il ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib, Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunub.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ilə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Prezident mükafatına layiq görülənlərin gələcək illərdə daha böyük nailiyyətlərə imza atacaqlarına, Azərbaycanı ölkə xaricində uğurla təmsil edəcəklərinə əminliklərini ifadə ediblər. Sonra Sumqayıt Gənclər Paytaxtının loqo və maskotu ictimaiyyətə nümayiş olunub, ardınca ilin gəncləri mükafatlandırılıb.

Tədbirin sonunda müxtəlif beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmiş və ilboyu aktiv fəaliyyət göstərən Sumqayıt gənclərinə şəhər icra hakimiyyətinin başçısı adından fəxri fərmanlar təqdim edilib.

Tarix
2025.02.02 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla