Yuxarı

Oğlu üçün qız qaçıran ata və qohumları həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlu üçün qız qaçıran ata və qohumları həbs edildi

10:16

İmişlidə qadını oğurlayan şəxslər Salyanda saxlanılıb.

Axar.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mersedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

***

İmişli rayonunda gənc qızın naməlum şəxslər tərəfindən oğurlanmasının yeni detalları məlum olub.

Oxu.az xəbər verir ki, İmişli rayon Boşçalılar kənd sakini olan gənc qız evlənmək məqsədilə qaçırılıb.

Elçilik zamanı "yox" cavabı alan Füzuli rayon sakini Vasif Məmmədov (oğlanın atası) onu qaçırmaq qərarına gəlib. Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.

Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu "Mersedes-Benz" markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.

Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə iş başlanılıb.

Tarix
2025.02.04 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla