Yuxarı

FHN Bakıda restoranın fəaliyyətini dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Bakıda restoranın fəaliyyətini dayandırdı

Bakı şəhəri, Qaradağ rayonunda “Xəzri” restoranında yanğın təhlükəsi aşkarlanıb və restoranın fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunub:

"Bununla yanaşı ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb".

Həmçinin obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb:

"Obyekt odsöndürən balonlarla tam təmin edilməyib və təxliyə planı mövcud deyil. Restoranın daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb".

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Tarix
2025.02.08 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla