Yuxarı

Sabiq nazirdən yeni nazirə: Sahil Babayev bunu etməsə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank və maliyyə sektorunda hər hansı bir islahatların aparılacağından asılı olmayaraq, yaxın gələcək üçün qlobal hədəflər ölkənin milli valyutasının üzən məzənnəyə keçidinin və dövlətin maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin təmin edilməsində ibarət olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov maliyyə naziri vəzifəsinə yeni təyin olunan Sahil Babayevin, o cümlədən Mərkəzi Banka təyin edilən 4 yeni baş direktorun mümkün islahatları haqda Bizim.media-ya danışarkən deyib.

“Dünyanın maliyyə müstəvisində baş verən gəlişmələr, kriptovalyutaların sayının və rolunun getdikcə artması, buna qarşılıq dövlətlərin rəqəmsal valyutalara keçməsi kimi proseslər bizdən də bank maliyyə sektorunda daha ciddi islahatların aparılmasını tələb edir.

Qloballaşan dünyada Azərbaycanın Ümudünya Ticarət Təşkilatından (ÜTT) kənarda qalması mümkün deyil. Bu gün Azərbaycan Avrasiya məkanının ən mühüm nəqliyyat dəhlizi kimi meydandadırsa və yaxın gələcəkdə bu meydanda əsas söz sahibi kimi çıxış edəcəksə, o halda ÜTT-dən kənarda qala bilmərik. ÜTT-yə üzvülüyün ən mühüm şərtlərindən biri isə milli valyutaların məzənnəsinin sərbəstliyidir – yəni onların üzən məzənnəyə keçməsidir. Bir sözlə, biz istəsək də, istəməsək də, manatın üzən məzənnəyə keçməsi beynəlxalq müstəvidə tələb olunan bir şərt kimi baş verməlidir. Buna hazır olmaq lazımdır”, - o qeyd edib.

Fikrət Yusifov bildirib ki, indiki dönəmdə neft ölkəsi olan Azərbaycanda hasilatın azalması və dünyanın enerji balansının sürətlə dəyişməsi səbəbindən maliyyə resurslarından istifadənin səmərəliliyinin təmin olunması mühüm bir məsələdir:

“Əgər bir ölkədə dövlətin maliyyə vəsaitlərindən istifadənin səmərəliliyi təmin edilməzsə, həmin vəsaitlərin həcminin hansı ölçülərdə olması o qədər də əhəmiyyət kəsb etmir. Odur ki, əsas olan vəsaitlərin həcmi deyil, əsas olan mövcud vəsaitlərdən istifadənin səmərəliliyini təmin etməkdir.

Baxın, Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin ilk addımlarından biri hökumətin effektivliyinin təmin edilməsi üzrə xüsusi bir strukturu yaratmaq oldu. Hədəf dövləti lüzumsuz, səmərə verməyən xərc yükündən azad etməkdir. Tramp dövlətinin hər il 1,5 – 2,0 trliyon dollar borclanmasının fərqindədir.

Hesab edirəm ki, Azərbaycanda da Maliyyə Nazirliyinin yeni rəhbərliyi ölkənin ərazisində dövlətə aid olan bütün gəlirlərin və bütün xərclərin inventarlaşmasını aparıb, onların optimallaşdırılması istiqamətində təkliflərini hazırlayıb dövlət başçısının masası üzərinə qoymalıdır. Təcrübəli maliyyəçi və vaxtilə ölkənin maliyyə sisteminə rəhbərlik etmiş şəxs kimi deyə bilərəm ki, bu iş düzgün təşkil edilərsə, o halda həm dövlət gəlirləri, həm də dövlət xərcləri üzrə böyük imkanların ortaya çıxarılması mümkündür”.

Tarix
2025.02.12 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil - Mahmud

Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident

Somali ilə sıx dostluq münasibətlərində yeni səhifə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama

Somali prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - Foto

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

Prezidentlərin təkbətək görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla