Körpünü söküb, yolu bərbad etdilər: 20 saniyə 20 dəqiqə oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavanşir körpüsü söküləndən sonra həmin ərazidə tıxac və sıxlıq olmayacağı gözlənilirdi. Lakin yol yenidən açılandan sonra aydın oldu ki, vəziyyət daha da pisləşib.

İndi günün bütün saatlarında həmin yolda tıxac olur. Avtomobillər 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olurlar. Sürücülər deyir ki, yolda hərəkətin tənzimlənməsi bərbaddır, hətta tıxac süni səbəblərdən əmələ gəlir. Bəzi sürücülər sıra ilə getməkdənsə, sağa burulur, yardımçı yolla irəliləyərək 100-150 metr qabağa düşməyə çalışır, sonradan ana yola çıxaraq, intizamla hərəkət edən avtomobillərin yolunu daraldırlar. Nəticədə sürət aşağı düşür, hərəkət intensivliyi pozulur.

Qeyd edək ki, Cavanşir körpüsü ötən ilin may ayında sökülüb, yeni yolun açılışı isə avqust ayında olub. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında sözügedən yolun sağ və solunda müxtəlif obyektlərin olduğu üçün ərazidə işıqforun quraşdırılmasının doğru qərar olduğunu bildirib:

“Hesab edirəm ki, tıxacın yaranmasına səbəb işıqforun quraşdırılması deyil. Cavanşir körpüsü olanda orada sıxlıq olub. Həmin yola bir neçə istiqamətdən avtomobil daxil olduğu üçün sıxlıq olması təbiidir. Həmin ərazidə hərəkət intensiv olduğu üçün sıxlıq yaranır. Əsas məsələ sıxlığın tıxaca çevrilməməsidir ki, Yol Patrul Xidmətinin əməkdaşları 7/24 bunun üçün tənzimləmə həyata keçirirlər. Paralel küçələrdən olan Afiyəddin Cəlilov küçəsində hər zaman tıxac olmasının səbəbi işıqforun saniyəsinin az olmasıdır, buna görə də təxminən 1 dəqiqədən çox gözləmə olur. Bu, orada yaşayan sakinlərə narahatlıq yaradır. Sutkanın demək olar ki, bütün saatlarında bu küçədə siqnalların səsi eşidilir. Bundan başqa, tıxacda qalan avtomobillərin buraxdığı karbon qazı atmosferə ciddi zərər verir. Bütün bu amilləri nəzərə alsaq, işıqforun saniyəsinin azaldılmasına ehtiyac var. Afiyəddin Cəlilov Yusif Səfərov küçəsi ilə kəsişir ki, həmin küçədə hərəkət hər zaman intensiv olub. Yusif Səfərov şəhərətrafı ərazilərlə şəhər mərkəzini birləşdirən əsas küçələrdən biridir. Buna görə də bu küçədə hər zaman hərəkətdə sıxlıq müşahidə olunub”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli qeyd edib ki, ərazidə sıxlığın qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Əməkdaşlarımız ərazidə nizamlayıcı qismində, YPX avtomobili ilə xidmət aparırlar. Əsas məqsəd yarana biləcək sıxlığın qarşısının alınması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər görülür”.

Tarix
2025.02.13 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla