Yuxarı

Bakının bu rayonunda insanlar gecə vaxtı... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyələrlə bağlı indiyədək çox danışmışıq, onların səlahiyyətlərinin az olmasından gileylənmişik. Biz bələdiyyələrlə bağlı məruzəni də dinlədik. Məruzədə çatışmayan konkretlikdir. Məsələn, məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardımlar göstərilib. Neçə nəfərə yardım göstərilib, neçə şəhid ailəsinə kömək edilib, hansı məbləğdə? Misal üçün, neçə binanın qarşısında abadlıq işləri aparılıb? Neçə kilometr yol təmir olunub? Bu barədə məlumatlar yoxdur.

Axar.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı deyib.

O, "toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əmək haqqına, nə qədəri digər işlərə sərf olunub?” - deyə sual verib:

“Biz deputatlar mütəmadi olaraq ayda iki dəfə seçicilərimizlə görüşürük. Sonuncu dəfə seçicilərimlə görüşəndə onlar əvvəllər olduğu kimi, gileylənirdilər ki, misal üçün, Xətai rayonunda - şəhərin kənarında axşamlar öz evlərinə getməyə qorxurlar, küçələr küçə itləri ilə doludur. Məsələn, bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı tədbirlər görürlərmi?

Bizə şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur, həyətlərdə çökəkliklər var, abadlığa böyük ehtiyac duyulur, uşaqların oynaması üçün yer yoxdur. Burada qeyd edildi ki, bələdiyyə müəssisələrinin yaradılması tövsiyə olunub. Bu tövsiyə nəticəsində neçə bələdiyyə müəssisəsi yaradılıb? Orada nə qədər insan işlə təmin olunub? Məruzədə bütün bunlar barədə heç bir məlumat yoxdur.

Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan ümumiləşdirmə aparmalıdır. Yoxsa "neçə sərəncam ləğv elədik, neçə şəxsin torpağını özünə qaytardıq" kimi addımlar yetərli olmamalıdır və təkliflər verilməlidir".

Tarix
2025.02.14 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla