Yuxarı

Axar.Az Logo carnation

Mir Şahin: Həsənov tapşırdı ki, bu yazımı dərhal silim! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mir Şahin: Həsənov tapşırdı ki, bu yazımı dərhal silim! - Video

Real TV-nin rəhbəri Mirşahin Ağayev Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan”la bağlı sensasion fikirlər səsləndirib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, bu barədə müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində çıxış edib. Jurnalist sözügedən media orqanının Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin razılığı ilə ölkəyə gətirildiyini bildirib:

“Təxminən 10 il əvvəl “Sputnik Azərbaycan”la bağlı məqalə yazmışdım. Təəssüf ki, indi tapmaq mümkün deyil. Çünki həmin zaman Əli Həsənov məqaləni dərhal yığışdırmağımı tələb etdi. Məqalə “Sputnik Azərbaycan”ın bağlı olduğu “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi, şəxsən Marqarita Simonyanın redaksiya siyasəti haqqında idi. Bütün cəhdlərimə baxmayaraq, Əli Həsənovu haqlı olduğuma inandıra bilmədim, məqaləni yığışdırmağa məcbur olduq. İndi isə aydın olur ki, “Sputnik Azərbaycan”ı ölkəmizə elə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü rəhbərliklə razılaşdırmadan gətiribmiş”.

M.Ağayev prosesin 2006-cı ildə baş verdiyini qeyd edib:

“Həmin tarixdə “RİA Novosti” agentliyinin Azərbaycanda rəsmi nümayəndəliyinin yaradılması müzakirə olunmağa başlayır. Agentliyin nümayəndə heyəti Azərbaycana gələrək Ramiz Mehdiyevlə görüşür. Bundan sonra “RİA Novosti”nin Bakı filialı yaradılır, Azərbaycan xəbərləri Beynəlxalq İnformasiya Agentliyi və Beynəlxalq Mətbuat Mərkəzi açılır. 2015-ci ildə isə Azərbaycan Xəbərləri Agentliyi əvəzinə “Sputnik Azərbaycan” və onun radio redaksiyası fəaliyyətə başlayır”.

Qeyd edək ki, ötən həftə Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC Nyus Azərbaycanca”nın redaksiyalarının bağlanacağı haqda məlumatlar yayılıb. Bildirilir ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Tarix
2025.02.17 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla