Yuxarı

ABB-nin dəstəyi ilə türk dövlətlərinin biznes liderləri Bakıda...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə olaraq “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) biznes liderləri ilə məlumatlandırma görüşü” keçirilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının təşkil etdiyi görüşə ABB də dəstək verib. Belə bir görüşün məqsədi sahibkarlara Türk İnvestisiya Fondunun fəaliyyəti haqqında məlumat vermək, onlara Fondun imkanlarından faydalanmaqda dəstək olmaqdır.

Tədbirdə energetika, infrastruktur, texnologiya, kənd təsərrüfatı, logistika, turizm və s. sektorlara investisiya imkanları barədə təqdimatlar olub. O cümlədən, Türk Ticarət və Sənaye Palataları Birliyinə üzv ölkələrdə biznes və investisiya imkanları mövzusunda təqdimatlar dinlənilib. Həmçinin Birliyin Qadın Sahibkarlar Şurasının fəaliyyəti haqqında məlumatlar təqdim edilib.

Tədbir çərçivəsində Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum gələcək əməkdaşlıq perspektivlərini nəzərdə tutur.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuraliyev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Əmrəyev, TCCI təşkilatına üzv ölkələrin ticarət palatalarının rəhbərləri, bu dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri də iştirak edib.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.02.17 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla