Yuxarı

İçkiyə qonşularımızdan daha çox xərcləyirik? - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçkiyə qonşularımızdan daha çox xərcləyirik? - Statistika

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib:

“Bu, ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı ilə müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.

DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtli içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmasına qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içki və siqaretə xərcləyir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır.

Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistanda 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliyada 4.2, Kanadada 3.7, Almaniyada 3.5, Böyük Britaniyada 3.4, Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizdir. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)”.

Tarix
2025.02.18 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı – Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla