Yuxarı

Edama məhkum edilən Zəncani Tehranda bank açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Edama məhkum edilən Zəncani Tehranda bank açdı

İran ədliyyə sisteminin həbsdə olduğunu dediyi iş adamı Babək Zəncaninin Tehranda bank açdığı barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın “Dünyayi-İqtisad” saytı məlumat yayıb.

“Tehranın Zaqros küçəsində layihə müəllifinin Babək Zəncani olduğu bildirilən “Beyt Bank” açılıb”, - məlumatda bildirilib.

Bundan iki ay əvvəl isə Babək Zəncaninin adına olan Yutub kanalı həmin bankın açılacağı barədə məlumat paylaşmışdı.

Bu, İran ədliyyə sisteminin Babək Zəncaninin sərbəst buraxıldığı barədə xəbərlərin təkzib etməsindən və onun həbsdə olmasını deməsindən sonraya təsadüf edir.

Qeyd edək ki, İran rəsmiləri ilə yaxın münasibətdə olan Zəncani çirkli pulların yuyulmasındakı roluna görə Qərbin sanksiyalar siyahısına salınıb.

Korrupsiya və dövlət əmlakını mənimsəməkdə günahlandırılaraq həbs edilən Babək Zəncani 2013-cü ildə edam cəzasına məhkum edilib.

Bir müddət əvvəl isə İran rəsmiləri onun mənimsədiyi pulları dövlətə qaytaracağı halda işinə yenidən baxılacağı, ölüm hökmünün dəyişdirilə biləcəyini bildiriblər.

Barəsində edam hökmünün ləğv edildiyi təsdiqlənən Babək Zəncaninin həbsdən buraxılması isə rəsmi şəkildə təsdiq olunmayıb.

Tarix
2025.03.03 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla