Yuxarı

İnstitut direktorunun evini yandırdılar - Foto/Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnstitut direktorunun evini yandırdılar - Foto/Yenilənib

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evini yandırıblar.

Qazax rayon polis şöbəsinin rəis müavini Firuz Babayevin AzNews.az-a verdiyi məlumata görə, yanğın səhər saat 10:00 radələrində baş verib. Onun sözlərinə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax bölməsinin əməkdaşları hadisə yerindədirlər.

Hazırda yanğının söndürülməsi üçün 6 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. F.Babayev əlavə edib ki, yanğının baş vermə səbəbləri hələlik bəlli deyil. Onun sözlərinə görə, yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan da olmayıb.

Yerli sakinlərdən AzNews.az-a verilən məlumata görə, İsa Veysovun evini yandırılmasına bir neçə dəfə cəhd olub. Bunun səbəbi isə keçmiş direktorun saxta diplomlar paylaması olub. Diplomların saxta olması müəyyən edildikdən sonra tələbələr və onların valideynləri onun evini odlamağa bir neçə dəfə cəhd ediblər.

Məlumata görə, ayrı-ayrı rayonlardan dəfələrlə o evə hücum edilib. Bir həftə əvvəl Biləsuvar rayonundan bir qrup adam gəlib evi yandırmağa cəhd edib. Sakinlərin sözlərinə görə, bugünkü yanğını isə Gədəbəydən gələn bir neçə zərərçəkən törədib.

Qeyd edək ki, keçmiş direktorun evinin yandırılması barədə ilk məlumatı Savash.org saytı yayıb.

20:07

Vəzifədə olduğu müddətdə dolandırdığı insanlar tərəfindən yandırıldığı iddia olunur.

Bildirilir ki, Veysovun evi onun rektor olduğu müddətdə saxta diplomlar satdığı, camaatı aldadıb onların pullarını yediyi səbəbindən yandırılıb. İddia olunur ki, təkcə Qazax rayonunda 100-dən artıq "qurban" var və bu gün səhər saatlarında həmin aldadılmış vətəndaşlar İsa Veysovun rayonun Daş Salahlı kəndindəki evinə hücum edərək, onun evini yandırıblar.

Onu da bildirək ki, İsa Veysov ötən il tutduğu vəzifədən azad olunandan bu yana Bakıda yaşayır.

Qeyd edək ki, hal-hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır. ("Musavat.com")

Tarix
2014.02.20 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla