Yuxarı

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qadınlar Günü ərəfəsində start götürən “Her Art in Action” festivalına dəstək olan “Nar” yaradıcılığı və ifadə azadlığını ön plana çəkən bu layihənin əsas tərəfdaşlarından biridir.

Axar.az xəbər verir ki, 9 mart – 6 aprel tarixlərini əhatə edən festivalın builki mövzusu “Xəyal etmək azadlığı” qadınların fərdi və kollektiv şəkildə xəyallarını necə təsəvvür etdiyini, vizuallaşdırdığını və ifadə etdiyini araşdırır. Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan festival sənətsevərləri bir araya gətirir və yaradıcı ifadəni təşviq edir.

Festivalın təşkilinə verdiyi dəstəkdən əlavə, “Nar” sosial inklüzivlik strategiyası çərçivəsində 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edir. Bu təşəbbüs gənc nəslin incəsənətlə tanış olmasına, yaradıcılıq potensialını inkişaf etdirməsinə və ifadə imkanlarını genişləndirməsinə şərait yaradır. Şagirdlər sərgi çərçivəsində müxtəlif sənət əsərləri ilə tanış olmaq və interaktiv seminarlarda, tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Tədbirin açılış nitqində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” olaraq, milli mənəvi dəyərləri yaşadan sənətə dəstək verməkdən qürur duyuruq. “Her Art in Action” festivalı təkcə qadınların incəsənətdə rolunu gücləndirmir, həm də regionlardakı istedadlı sənətkarların səsini duyurmağa imkan yaradır. Biz həmçinin 11 nömrəli internat məktəbinin gənclərinin festivalda iştirakını dəstəkləyərək inklüziv mühiti təşviq edirik”.

Festivalın sərgisi Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə baş tutan və regionlarımızı təmsil edən yerli rəssamlarla yanaşı, beynəlxalq rəssam və kuratorların işlərini təqdim edəcək. Rəsm, video əsərlər, instalyasiyalar və tamaşaları əhatə edən ekspozisiya çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr təşkil olunacaq.

Tədbir bütün sənətsevərlər üçün açıqdır. Festival haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.03.10 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Londonda görüşlər keçirdi

Azərbaycan Argentinaya başsağlığı verdi

Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan

Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı

Şimali Makedoniya prezidenti Bakıya gəldi

Aviasiya Akademiyasında "Boinq" uçuş simulyatoru quraşdırıldı

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla