Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirmişdi.
Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.