Yuxarı

Birinci sinfə müraciət qəbulunun müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Sumqayıtda birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu aprelin 1-dək uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Bununla yanaşı daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.

Məlumatda qeyd olunub ki, vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər:

"Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı ASAN Xidmət mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".

Tarix
2025.03.17 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizinin açılması nəticəsində... - Açıqlama

Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Mnatsakanyan Ohanyan və Sərkisyanı ifşa etdi

Bununla bağlı qərarlar Ermənistanda verilib - Mnatsakanyan

Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı

Almaniya prezidenti xanımı ilə Azərbaycana gəlir

Suriya və Hizbullah toqquşması: Kim hücum edib?

Prezident Zukan Helezi qəbul etdi - Foto

Əliyev misli görünməmiş qələbə qazandı - Norikyan

İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla