Yuxarı

Müsavat fəalını qətlə yetirən şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Elsəvər İslamov 19 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

Tarix
2025.03.17 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

MN məlumat yaydı

Mnatsakanyan Ohanyan və Sərkisyanı ifşa etdi

Bununla bağlı qərarlar Ermənistanda verilib - Mnatsakanyan

Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı

Almaniya prezidenti xanımı ilə Azərbaycana gəlir

Suriya və Hizbullah toqquşması: Kim hücum edib?

Prezident Zukan Helezi qəbul etdi - Foto

Əliyev misli görünməmiş qələbə qazandı - Norikyan

İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla