Yuxarı

Prezident Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.

Axar.az xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Şərəf” ordenini Sahibə Qafarovaya təqdim etdi.

Sahibə Qafarova: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sahibə Qafarova dedi:

- Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.

Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Tarix
2025.03.19 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla